MİCROSOFT 365 tarif planını necə secməli?

Microsoft 365 proqram təminatının biznes istifadəçilər üçün nəzərdə tutulmuş versiyası istifadəçilərin sayından aslı olaraq tarif planlarını 2 formada təklif edir.
- Maksimum 300 istifadəçiyə qədər
- 300 istifadəçidən yuxarı ola tarif planları
Bu gün sizə maksimum 300 istifadəçiyə qədər təklif olunan tarif planları haqqında danışacağıq. Onlar hansılardı:
- Microsoft 365 Business Basic
- Microsoft 365 Business Standart
- Microsoft 365 Business Premium
- Microsoft 365 Apps
Hər bir tarif planı müxtəlif biznes məqsədlər üçün nəzərdə tutulub. Bu tarif planlar içində bütün funksiyaları özündə birləşdirən ən maksimal versiya Microsoft 365 Business Premium -du.
Premium tarif planına Microsoft bütün funksiyaları əlavə etdiyindən 1-ci bu tarif planından başlayacağıq. Digər tarif planlarında bu funksionalın bir hissəsi var. Gəlin indi baxaq Microsoft 365 Business Premium tarif planına nə daxildi:
- Bütün ofis proqramlarının yəni (Outlook, Word, Excel, PowerPoint proqramalarının PC və Mac əməliyyat sistemlərində Desktop və web versiyaları daxildi. Publisher və Access proqramalrının isə ancaq PC versiyasını istifadə etmək mümkündür.
- Hər bir istifadəçi ona aid olan 5 PC və ya MAC kompyuterlərində Microsoft proqramlarını quraşdıra bilər.
- Əlavə olaraq daha 5 İOS və ya Android sistemində olan 5 panşet və telefona Microsoft mobil versiyalarını quraşdıra bilər. (Amma bir məsələ mütləq qeyd olunmalıdı bu o demək deyil ki, siz 1 lisenziyanı alıb 5 işçinizin kompyuterində istifadə edə bilərsiniz. 1 lisenziya 1 istifadəçi üçündür, amma yuxarıda qeyd olunan sayda həmin istifadəçiyə məxsus olan kompyuter, planşet və telefonlarda istifadə oluna bilər.)
- Bu tarif palnında əlavə olaraq Outlook web versiya da daxildi
- Komanda şəklində işləmək üçün əlavə 6 faydalı servis təqdim olunur: Exchange, OneDrive, SharePoint, Teams, İntune və Azure İnformation Protection (indi isə gəlin bir-bir bu servislər haqqında məlumat verək)
- Exchange - öz şirkətinizə məxsus domain ad ilə email quraşdırmaq imkanı verir və krosplatforma sisteminə malikdi yəni bütün avadanlıqlarda kompyuter, telefon, planşet və web-də eyni məktubları görürsünüz. 50GB mail hostinq verir. Kalendardan komanda şəklində istifadə edərək, istifadəçilər iclaslar üçün görüş təyin edə bilər, hansı iclas zalının(əgər bir necə iclas zalı varsa) və həmin vaxt kimin boş olub-olmadığını online şəkildə görə bilərlər. Əlavə olaraq silinmiş istifadəçiləri və ona məxsus məktubları bərpa etmək mümkündü. Əslində çox faydalı bir funksiyadı. Peşakarcasına olmasa da, bəzən işdən cıxarılan işçilər müdriyyətinə acıqlanaraq bütün korporativ emailləri kompyuterindən silir. Belə hallarda bu funksiyanın köməyi ilə emaillər bərpa olunur.
- OneDrive - hər bir istifadəçi üçün 1TB həcmində verilən online bulud yeridi. Faylları Onedrive-da saxlamaqla digər kompyuter, planşet və telefonlarınızda həmin faylı açıb işləməyi dayandırdığınız yerdən davam etdirə bilərsiniz. Böyük həcmdə faylları yükləyib, linkini emaillə göndərmək imkanı var. Həmin fayllara read və ya write icazəsi verməklə alan şəxsin redaktə edib və ya edə bilməyəcəyini təyin edə bilərsiniz.
- SharePoint - bütün şirkətin və ya müəyyən qruplara aid olan faylları birgə istifadə üçün nəzərdə tutulub. Məsələn: Mühasibat, HR, Anbar, Satınalma və s. bu kimi şobələrin işçiləri həmin şöbəyə aid olan fayllara icazəsi olur. Fiziki fayl serverlərdə olduğu kimi müxtəlif tip icazələr vermək olur. Faylların dəyişmə versiyasına və kimlərin hansı dəyişikliklər etdiyinə baxmaq olur. Real vaxta bir necə nəfərin 1 fayl üzərində işləməsi mümkündü, qeyd edim ki, Onedrive-da belə bir funksiya yoxdu. Müəyyən bir müddət ərzində slinmiş faylların bərpası mümkündü.
- Microsoft Teams -(ə gəldikdə) 2017-ci ildən Microsoft Teams servisini Microsoft 365 istifadəçilərinə təqdim edildi və tez bir zamanda böyük populyarlıq qazandı. Belə populyarlığa səbəb adından da göründüyü kimi komanda şəklində işləmək və əlavə funksiyalar oldu. Əlavə funksiyalar hansılardı? Birgə və ya qruplar şəklində çat və iclaslar keçirmək, müəyyən faylları və ya işləri müzakirə eləmək. Teams-ın içərisindən birbaşa kalendara görüş təyin etmək. Eyni zamanda iclas iştirakçılarına səs göndərmək və video bağlantı ilə birgə işləmək. Belə birgə qoşulan istifadəçilərin sayı 250-dən çox ola bilməz.
- Microsoft Intune - bu servisin köməyi ilə butün korporativ telefonları idarə etmək mümkündür. Servisdə əsas məqsəd korporativ mobil avadanlıqların bir bazadan idarəsidir.
- Azure Information Protection - servisinin köməyi ilə korporativ məlumatlarınızın daha da güçləndirilmiş müdafiyəsini təşkil edir.
- Microsoft bütün xidmətlərinə 24/7 email və telefonla online dəstək verir.
- Microsoft serverləri 99.9% zəmanətli uptime malikdir. Bu o deməkdi ki, bir sutka ərzində müəyyən servislər 1 dəqiqə 26 saniyyə işləməyə bilər. Bu əslində yaxşı göstəricidi. Bir məsələni də nəzərə almaq lazımdır ki, Microsoft regionunuzu nəzərə almaqla profilaktik işləri axşam, ən az aktivlik olanda həyata keçirir.
Microsoft 365 Business Premium tarif planı yuxarıda sadalanan bütün funsiyonala malikdi.
Microsoft 365 Business Standart - Premium tarif planı ilə eyni funksionala malikdir. Fərqli cəhəti ondan ibarətdir ki, mobil cihazların idarəsi sistemi olan İntune və kiber hücumlardan müdafiə sistemi olan Azure Information Protection bu tarif planında yoxdu.
Microsoft 365 Business Basic da Standart tarif planı ilə eyni funksiyonala malikdir yeganə fərq ondan ibarətdir ki, bu tarif planında Ofis proqramlarının Desktop versiyası yoxdu. Yəni siz ancaq bu proqramları web-dən istifadə edə bilərsiniz və telefon, planşetlərə mobil proqramlarını quraşdıra bilərsiniz. Eyni zamanda standart tarif planında olduğu kimi bütün servislərdən istifadə etmək olar.
Microsoft 365 Apps tarif planında isə Standart standart tarif planından fərqli olaraq, OneDrive-dan başqa, digər servislər yoxdu. Təbii ki, servislərə məxsus olan funksional da yoxdu. Əgər sadə dillə desək bu tarif planında ancaq ofis proqramlarının desktop və web versiyası var. Exchange servisi olmadığından Outlookun web versiyası da yoxdu.
Microsoft 365 tarif planlarını hansı şirkətlər istifadə edə bilər?
Bu tarif planları müxtəlif biznes məqsədlər üçün istifadə olunur. Əgər siz böyük şirkətsinizsə, təklükəsizlik və mobil avadanlıqların idarəsi və Microsoftun bütün digər servis və proqram təminatından tam funksionalla istifadə etmək istəyirsinizsə, sizin tarif planınız Premium-du. Orta səviyyəli şirkətlər üçün Standart tarif planını məsləhət görərdik. Standart Premium tarif planından 1-2 servisin olub-olmamasına görə fərqlənir, funksional tarif planıdı. Basic tarif planı daima hərəkətdə olan, ofisdə oturmayan, mobil şirkətlər üçün daha faydalı olacaq. Bu tarif planı bütün servislərdən istifadə imkanı verir. Microsoft 365 Apps isə lisenziyalı proqram təminatından istifadə etmək istəyən şirkətlər üçün ideal seçimdir.
Microsoft 365 tarif planları aylıq və illik abunəlik sistemi ilə təqdim olunur. Ekranda gördüyünüz qiymətlər illik abunə üçün qiymətlərdi. ITPRO AZƏRBAYCAN şirkətinə mürəciət etməklə 1-ci ayı pulsuz istifadə etmək şansını qazanırsınız. Şirkətə müraciət etdikdə ITPRO365 promo kodunu desəz əlavə endirim əldə edə bilərsiniz.
Ümümiyyətlə hamını belə bir sual maraqlandırır, Microsoft 365 abunəlik sistemi almaq məsləhətdir yoxsa MS Microsoft birdəfəlik lisenziya istifadə etmək?
Təbii ki, bu sizin biznesinizdən aslıdı, amma siz Microsoft 365 almaqla bir sıra üstünlüklər əldə bilərsiniz. Bu üstünlüklər aşağıdakılardır:
- Daim yenilənən Microsoft proqramı əldə edirsiniz.
- Online servislərdən yararlanırsınız.
- Bütün platformada olan avadanlıqlarınızda Ofis proqramlarını istifadə edə bilirsiniz. Yəni Pc və Mac-da, Planşet, telefon və web-də istifadəsi mümkündü.
- Kalendarda görüşləri təyin eləmək.
- Online iclas keçirmək.
- Fayllarla bölüşmək.
- 1TB online yer
- 24/7 texniki dəstək
- və s. bu kimi faydalı funksiyonallardan istifadə etmək mümkündür.
Əlavə Olaraq ITPRO Azərbaycan şirkəti sizə texniki dəstək verir, Microsoft 365 -in tədrisi təşkil edir və tez bir zamanda inteqrasiyasında yardımçı olur.