Şəhərin mərkəz hissəsində nəqliyyat vasitələrinin sıxlığını və xaotik park olunmasını nəzərə alaraq yeni parkinq sisteminin qurulması qərarı verildi. Şirkətimiz və podratçılarımız tərəfindən sistemin qurulması üçün ilkin layihələndirilmə işləri aparıldı. Bütün komunikasiya, ödəniş terminalı və şlaqbaumların quraşdırılması üçün yerlər təyin oldu. Parkinq sistemi 3000 kv m artıq sahəsi olan ərazidə quraşdırılması qərarı verildi. 

Bu layihəyə əsasən 100-dən artıq parkinq yeri nəzərdə tutulmuşdur. Bu parkinq yerlərindən 30-dan artığı xidməti yer, 6 fiziki məhdudiyyəti olan şəxslər üçün yer və 12 velosiped parkinq eləmək üçün yer nəzərdə tutulmuşdur. Parkinq sistemi yüksək texniki göstəricilərə cavab verən müasir avadanlıqlarla təhciz edilmişdir. 

Birinci mərhələdə parkinqin kənarında delinatorlar quraşdırıldı. Layihəyə əsasən ərazidə parkinq yerləri rəngləndi. Rəngləndikdən sonra parkinq yerləri üçün qalan delinatorlar quraşdırıldı. Delinator - süni zolaq ayırıcı kimi istifadə olunur, rezin, plastik və polimer materiallardan hazırlanır. Parkinq sistemlərində delinator avtomobilin parkinq etmək üçün nəzərdə tutulan yeri göstərir. Delinatorların quraşdırılması və parkinq yerin rənglənməsi təqribən 3-5 gün vaxt aldı. İşin həcmindən aslı olaraq bu vaxt dəyişə bilər.

Bu mərhələdə asvaltda komunikasiya xətlərini və kabelləri keçirmək üçün xüsusi yerlər qazıldı. Kabellərin uzun müddət işləməsini və dayanıqlığını  təmin etmək üçün hər biri xüsusi plastik borular vasitəsilə aparıldı. Komunikasiya xətləri quraşdırdıqdan sonra sistem tam test olundu və üzəri sement qatışığı ilə bağlandı. Ümumilikdə ərazidə 3 şlaqbaum quraşdırıldı. Bunlardan 1-i xidməti istifadə üçün, digər 2-si isə ödənişli parkinq üçün nəzərdə tutulurdu. Xidməti şlaqbaumun girişində xüsusi terminallar quraşdırılıb və kartdan istifadə edərək, xidməti sahəyə daxil olmaq mümkündür.

Ərazidə quraşdırılmış təhlükəsizlik kameraları ümumi parkinqə nəzarət edir. Bu kameralar həm ərazidə, həm də şlaqbaumların üzərində yerləşdirilir. Bütün əraziyə nəzarət Parklanma nəzarətçisi otağından həyata keçirilir.  Ərazidə müasir tələblərə cavab verən 1 ədəd avtomatik ödəniş sistemi teminalı və əlavə olaraq 4 ədəd kartla işləyən giriş-cıxış terminalları quraşdırılıb. Əskinazların avtomatik ödəniş terminalı sistemi ingiltərə istehsalıdır və 1, 5, 10, 20, 50, 100, 200 manat əskinazları qəbul edir və pulun qalığını qaytarır.

Parkinq sisteminin quraşdırma mərhələsi bitdikdən sonra sistemdə yoxlama işləri başladı. Bu mərhələdə müxtəlif senarilərə uyğun olaraq ardıcıllıqla bütün sistem test olundu. Ştat rejimində ayrı-arılıqda hər bir şlaqbaum, kart terminalı və ödəniş sisteminin iş prinsipi yoxlanıldı. Yoxlama zamanı yaranan nasazlıqlar yerindəcə həll olundu. Şirkətimizə məxsus olan proqram təminatı mövcud parkinq sistemində tam olaraq yoxlanıldı. Müştərinin istəyinə uyğun olaraq hesabatları təqdim etmək üçün proqramistlərimiz lazimi əlavələri əlavə etdi. Bu proqram təminatının köməyi ilə Parkinq sistemi avtomatik şəkildə heç bir insan müdaxiləsi olmadan 24 saat ərzində fəaliyyət göstərə bilər.

Yoxlama mərhələsi bitdikdən sonra Parkinq sistemində yüzlərlə maşın saxlamaq üçün yer, delinatorlar, bir tərəfli maniyə, kameralar,  şlaqbaum və müasir terminallar müştəriyyə təhvil verildi. Təhvil verilən hər bir avadanlığa şirkətimiz tərəfindən zəmanət verilir və ehtiyyat hissələri həmişə anbarımızda mövcuddur. Müasir tələblərə cavab verən Parkinq sistemini həmişə bizdən sifariş edə bilərsiniz. Başqa parkinq sistemi təklif edən şirkətlərdən fərqli olaraq bizdə avadanlıqlar daima anbarda var, proqram təminatı istyinizə uyğun yığılır, texniki xidmət verilir və əsas məsələ qiymət həmişə münasibdi.

Əgər siz də bu və ya digər formada avtomatik işləyən Parkinq sistemlərinin qurulmasını istəyirsinizsə, bizim şirkətlə əlaqə saxlayın.

+994552209055
+994552223880