CRM sistemin quraşdırılması

CRM sistemi müasir dövrdə texnologiyanın son nailiyyətlərindən istifadə etməklə biznesin bütün proseslərinin bir proqram vasitəsilə idarə olunmasına imkan verir. Hal-hazırda bu sistemin köməyi ilə müştəri bazasının yığılması, yeni müştərilərin cəlbi, işçilərə tapşırıqların verilməsi, bütün sosial şəbəkələrədən və saytdan gələn sorğuların bir proqramda cəmlənməsi, CRM marketinq aparılması və s. bu kimi funksiyonal bir proqramın köməyi ilə idarə olunur. Biz sizə CRM bazarının lideri olan Bitrix24 cloud və karobka versiyalarını təqdim edirik. Bitrix24 lisenziya satışından başqa bizim mütəxəsislərimiz proqramı inteqrasiya xidmətlərini də təklif edir. Sifariş üçün bizimlə əlaqə saxlayın.

Web saytların yaradılması

İşinizi tanıtmaq və nümayiş etdirmək üçün veb sayt şərtdir. Bu faktdır ki veb saytı olan şirkətlər veb saytı olmayanlardan daha çox tanınır və daha çox satır. İstədiyiniz veb saytın yaradılması üçün kimlə çalışacağınızı tapmaq asan iş deyil. Hər veb dizayner fərqlidir və  onların prosesləridə tamami ilə fərqli ola bilər.

Nə üçün biz  ?

 Bizim koder və dizaynerlərimiz sizin biznesinizin hər bir detalını gözdən keçirdir və saytınızın uğur qazana bilməsi  üçün ən son yeniliklər və dizaynla bunu saytınıza əlavə edir. Proses zamanı sizlə daimi əlaqədə olaraq sizi məlumatlandırır və istəklərinizi yerinə yetiririk. 

Təhlükəsizlik kameralarının quraşdırılması

Etibarlı bir təhlükəsizlik sisteminin qurulması ailənizin, evinizin, əmlakınızın və ya işinizin qorunması üçün çox vacibdir. Qura biləcəyiniz çox sayda müxtəlif təhlükəsizlik sistemləri var ki, bunlardan biri də  təhlükəsizlik kamerasıdır. Təhlükəsizlik kameraları işinizi və ya evinizi qorumaq üçün əla seçimdir vəhəm çöldə həm də içərdə  istifadə edilə bilər. Təhlükəsizlik kamerasının quraşdırılması digər təhlükəsizlik sistemləri ilə, məsələn, alarm və ya hərəkət sensorları  ilə çox təsirli ola bilər. Təhlükəsiliyinizi 24/7  təmin edərək digər işlərinə daha çox diqqət verə biləcəksiniz. Təhlükəsizlik kameralarının quraşdırılmasının sizə gətirə biləcəyi dinclik əvəzolunmazdır. İTPRO müştərilərinə təhlükəsiz və qorunan bir mühit yaratmağa kömək etməkdən qürur duyur.


IT Audit

IT prosesi və ümumi kompüter nəzarəti, bir təşkilatın məlumat bütövlüyünün və əməliyyat effektivliyinin qorunması üçün açardır. Daxili nəzarət və idarəni müəyyən edən, inkişaf etdirən və sınaqdan keçirən xidmətləri təklif edirik. Nəzarət nəzəriyyələrimiz iş prosesindən tutmuş tətbiqetmə və texnoloji infrastruktur nəzarətlərinə qədər idarəetmə məqsədlərini həll etmək üçün yaradılır və tətbiq olunur.Eyni  komanda iş və tərəfdaşlıq hissindən istifadə edərək, səmərəliliyi və effektivliyi artırarkən müştərilərə riskləri azaltmağa kömək edən IT Audit xidmətləri təklif edirik. 

Cloud Servis

Müasir zamanın həmişə nəbzini tuta bilən şirkətimiz. Yeni Cloud texnologiyaların köməkliyi ilə mövcud biznes prosesləri yeni mərhələyə çatdırır. Yaxın gələcəyin ayrılmaz hissəsi olan bu texnologiya hal-hazırda bütün IT qiqantlar tərəfindən təqdim olunur. Microsoft, Google, Cisco, Amazon və s. bu kimi böyük şirkətlərinin Azərbaycanda rəsmi partnyorudur.

Server otaqlarının quraşdırılması

Server otaqlarının bütün İSO standartlarına əsasən quraşdırılması və idarə olunması. Xüsusi yanmayan materiallar, yanğın əleyhinə müdafiə sistemi, soyutma sistemi və digər texnoloji yeniliklərin tətbiqi ilə tam yeni tip server otaqlarının layihələndirməsi. Mütəxəsislərimiz sizin switch-ləri proqramlaşdırıb, serverləri istənilən konfiqurasiyada qurulmasında və satışında  yardımçı ola bilərlər.

1C xidməti

Hesabatın düzgün aparılması biznesin idarəsinin əsas meyarlarından hesab olunur. Hesabat, satış, anbar, işçilərin uçotu, mühasibatın aparılması və bunula bağlı bütün sənədlərin hazırlanması və hesabatların təqdim olunmasını özündə cəmləyən proqram 1C-dir. Eyni zamanda bütün yuxarıda sadalanan əməliyyatlar Azərbaycan qanunveriçiliyinə uyğundur. Müxtəlif konfiqurasiyalara malik 1C proqramının lisenziyalarını və quraşdırılmasını bizdən sifariş edə bilərsiniz.

IT Outsourcing

IT Outsourcing - fəaliyyətimizin əsasını təşkil edir. IT avadalıqlara vaxtlı-vaxtında qulluq, Server, Kompyuter və Proqram təminatının alışı və quraşdırılması, müxtəlif çətinlikdə şəbəkələrin qurulması və idarə olunması, məlumatların backup-ı və bərpa olunması gördüyümüz yüksək səviyyəli xidmət yalnız bir hissəsidi. Avadanlıq və Proqram təminatının alınmasında məsləhətlərimizi veririk və optimal variantın secilməsində, alınmasında və quraşdırılmasında yardımçı oluruq. Əgər IT xidmət sizi maraqlandırırsa bizimlə mütləq əlaqə saxlayın.

Switclərin proqramlaşdırılması

Müasir biznesin və ya müəssisənin şəbəkəsinin ayrılmaz bir hissəsi olan bir switchlər , əlaqəli qurğuların idarə edilməsini, təhlükəsizliklə ilə təmini edilməsinə, şəbəkə trafikinin azaldılmasına  kömək edir. 

Cisco,HPE,Ubiquiti  və Juniper ilə  əməkdaşlıq edən İTPRO, həm kiçik, həm də böyük biznesə  idarə olunan və ya idarə olunmayan, 24 ölçülü və 48 portlu, Ethernet (PoE) və PoE + switchlərin quraşdırılmasını və dəstəyi ilə  hər ölçüdə və növdə müəssisələrə kömək edir.

24/7 Peşakar xidmət

Müştərilərin istəklərini nəzərə alan şirkətimiz daim yeni xidmətlərini təqdim edir. 24/7 peşakar xidməti sizə 24 saat 7 gün failəsiz IT xidmət almaq imkanı yaradır. Növbə sistemi ilə işləyən mütəxəsislərimiz biznesinizin fasiləsiz inkşafında daim yanınızda olurlar. Əgər siz də  24/7 peşakar IT xidməti əldə etmək istəyirsinizsə bizimlə mütləq əlaqə saxlayın.

Şəbəkə Xidmətləri

Yeni şəbəkə sisteminin çəkilisi və idarə olunması. Mövcud şəbəkələrdə sistemin auditi, problemlərin araşdırılması və hesabatın verilməsi. Tövsiyələrə əsasən şəbəkənin tam işlək vəziyyətə gətirilməsi.

Parkinq Sisteminin quraşdırılması

Parkinq sistemində yüzlərlə maşın saxlamaq üçün yer, delinatorlar, bir tərəfli maniyə, kameralar,  şlaqbaum və müasir terminallar müştəriyyə təhvil verilir. Təhvil verilən hər bir avadanlığa şirkətimiz tərəfindən zəmanət verilir və ehtiyyat hissələri həmişə anbarımızda mövcuddur. Müasir tələblərə cavab verən Parkinq sistemini həmişə bizdən sifariş edə bilərsiniz. Başqa parkinq sistemi təklif edən şirkətlərdən fərqli olaraq bizdə avadanlıqlar daima anbarda var, proqram təminatı istyinizə uyğun yığılır, texniki xidmət verilir və əsas məsələ qiymət həmişə münasibdi.

Təhlükəsizlik kameralarının quraşdırılması

Quraşdırdığımız təhlühəsizlik kameraları yüksək standartlara cavab verir. İP texnologiyanın köməyi ilə müştərinin istəklərinə uyğun avtomatik əraziyə nəzarət sistemi yaradılır. Bütün məhsullar anbarımızda var və hər birinə bir illik rəsmi zəmanət verilir.

Konsultasiya üçün elə indi əlaqə saxlayın